Ağcabədidə dəhşətli yanğın: 3 nəfər yanaraq ölüb

2 Dekabr 2021 10:00 (UTC+04:00)

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. SİA xəbər verir ki, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.