Neft bahalaşıb

2 Dekabr 2021 09:23 (UTC+04:00)

Dekabrın 1-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 1,13% artaraq 69,65 dollar/barel təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin qiyməti 1,19% artaraq 66,35 dollar/barel təşkil edib.