Saakaşvili növbəti dəfə məhkəməyə gətirilir

2 Dekabr 2021 09:09 (UTC+04:00)

Bu gün Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

SİA xəbər verir ki, bu dəfəki məhkəmə işi külli miqdarda dövlət vəsaitinin israfçılığı ilə bağlıdır.

Qeyd eək ki, M.Saakaşvilini məhkəməyə çatdırmaq üçün Xüsusi Penitensiar Xidmətin maşınları onun müalicə aldığı Qori Hərbi Hospitalının həyətinə daxil olub.

Onu da bildirək ki, Vahid Milli Hərəkat Partiyasının məhkəmə prosesinə paralel olaraq etiraz aksiyası təşkil edəcəyi gözlənilir.