Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.
SİA xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.
Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb.