Avropa Komissiyası vaksinin məcburi olmasını istəyir

2 Dekabr 2021 07:52 (UTC+04:00)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, dövlətlərin artıq məcburi vaksinasiya barədə fikirləşməsinin vaxtı çatıb.

SİA-nın xəbərinə görə, xanım siyasətçi bununla belə, məsələyə üzv dövlətlərin özlərinin qərar verəcəyini deyib.

“Düşünürəm ki bu barədə müzakirələr aparılmalıdır” deyə xanım siyasətçi bildirib.

Qeyd edək ki, Avstriyada koronavirus əleyhinə peyvənd məcburidir. Almaniyada isə məcburiyyət məsələsi müzakirə edilir.