“...23 ölkədə “omikron” ştammı aşkar edilib”

2 Dekabr 2021 07:28 (UTC+04:00)

Bugünədək azı 23 ölkədə koronavirusun “omikron” ştammı aşkar edilib.

SİA xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

O, bu rəqəmin artacağını bildirib.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat hadisələrin belə inkişafı “son dərəcə ciddi” qəbul edir və bütün ölkələr də vəziyyəti ciddiyə almalıdır.

“Yeni variantın ötürülməsi, xəstəliyin şiddəti, testlərin, müalicələrin və peyvəndlərin effektivliyi haqqında hələ öyrənilməli çox şey var”, - deyə Qebreyesus qeyd edib.