Parlamentə girməyə cəhd edən şəxs saxlanılıb

2 Dekabr 2021 06:11 (UTC+04:00)

Böyük Britaniya polisi Londonda parlament binasına girməyə cəhd edən şəxsi saxlayıb.

SIA-nın xəbərinə görə, adı açıqlanmayan şəxs binaya daxil olmaq istəyərkən siqnalizasiya sistemi işə düşüb.

London polisinin məlumatına görə, şübhəli şəxs artıq həbs olunub. Onun binaya girişinin məqsədi aydınlaşdırılır. Hələlik terror ehtimalı istisna edilir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.