Bakıda kütləvi davada 2 nəfər bıçaqlanıb

2 Dekabr 2021 03:43 (UTC+04:00)

Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

6 nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.