"NATO-dan hüquqi təminat tələb edirik"

2 Dekabr 2021 03:32 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin NATO ilə danışıqlarda ABŞ-ın rəhbərlik etdiyi hərbi eskalasiyanın ölkəsinin sərhədlərinə yaxınlaşmamasını tələb edəcəklərini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya prezidenti ölkəsinə gəlmiş yeni səfirlərin qəbulu zamanı danışıb.

Putin bildirib ki, Ukrayna öz ərazisində qərb qoşunlarının hərəkətinə icazə verib: "Biz NATO-nun şərqə doğru hərəkətlərinin bizim üçün təhdid olmadığı ilə bağlı təminat tələb edirik. Onlar bizim sərhədlərimizin yaxınlığında silahlar yerləşdirirlər. Vurğulayaraq bildirirəm ki, bizə hüquqi təminat lazımdır. Qərbdən olan həmkarlarımız bizə sözdə bu təminatı versələr də, əməl etmirlər, əksinə, şərq istiqamətində hərbi hərəkətlərini genişləndirirlər. Rusiyanın haqlı təhlükəsizlik narahatlıqları gözardı edilib və indi də bunu davam etdirirlər".