Ərdoğan maliyyə nazirini dəyişdi

2 Dekabr 2021 03:28 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin maliyə nazirini vəzifəsindən azad edərək yerinə yenisini təyin edib.

SİA xəbər verir ki, müvafiq sərəncam Resmi Gazеte-də dərc olunub.

Sənədə görə, Lütfi Elvanın əvəzinə indi Türkiyənin maliyyə naziri Nureddin Nebatidir.

Dekabrın ortalarında Türkiyə Mərkəzi Bankının stavkanı endirəcəyi xəbərləri fonunda lirə çərşənbə günü səhər yenə dəyər itirib - tarixi minimumu yeniləyərək 1 dollar üçün 13,71 dollar səviyyəsinədək ucuzlaşıb. Bundan sonra Türkiyə MB "valyuta məzənnələrində müşahidə olunan qeyri-sağlam qiymət formalaşdırılması səbəbindən" valyuta bazarına birbaşa müdaxilə ediləcəyini bəyan edib.

Türkiyə valyutası il ərzində 45 faiz ucuzlaşıb, noyabrın 23-də isə 16 faiz enərək yeni antirekord vurub. Sutka ərzində bu qədər ucuzlaşma son 20 ildə maksimum hesab edilib.