Xırdalanda nənə və nəvə döyülüb

2 Dekabr 2021 03:16 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində döyülmə hadisəsi baş verib.

Belə ki, 1943- cü il təvəllüdlü Məmmədova Mədinə Cavad qızı və onun nəvəsi, 1998-ci il təvəllüdlü Hüseynli Emil Emilağa oğlu qonşusu tərəfindən döyülüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.