PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

2 Dekabr 2021 02:06 (UTC+04:00)

Bu gün futbol üzrə Fransa çempionatında 16-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib

Lider PSJ doğma meydanda əsas izləyicilərindən biri olan “Nitsa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb. İkinci pillədə qərarlaşmış “Renn” isə son çempion “Lill” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Lion “Olimpik”i Reymsi qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib. Marsel “Olimpik”i isə səfərdə “Nant”la oyundan minimal hesabla qalib ayrılıb.

Fransa, Liqa 1

16-cı tur

1 dekabr

Anje – Monako 1:3

Qol: Nubel, 55-öz qapısına – Boadu, 25. Diop, 45. Disasi, 73.

Brest – Sent Etyenn 1:0

Qol: Fevr, 64-pen.

Mets – Monpelye 1:3

Qol: De Preville, 70 – Savanye, 36. Mavididi, 45+1. Vahi, 48.

Strasburq – Bordo 5:2

Qol: Tomasson, 22. Qameyro, 43. Ayorke, 45+1; 65. Linard, 48 – Huanq, 7. Elis, 57.

Trua – Loryan 2:0

Qol: Ripar, 7. Kuame, 34.

Klermon – Lans 2:2

Qol: Maqnin, 41. Bayo, 65 – Qastyen, 12-öz qapısına. Fofana, 47.

Olimpik (Lion) – Reyms 1:2

Qol: Ekambi, 66 – Faes, 56. Ekitike, 90+2.

Nant – Olimpik (Marsel) 0:1

Qol: Jerson, 30.

PSJ – Nitsa 0:0

Renn – Lill 1:2

Qol: Burijo, 85 – Şeka, 31. Sançes, 45.