Ağcabədidə ikimərtəbəli ev yanır

2 Dekabr 2021 02:48 (UTC+04:00)

Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

SİA xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə baş verən yanğında 2 nəfər evdə qalıb. Hadisə yerinə çağrılan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri yanğın ərazisindən çıxararaq təcili tibbi yardım əməkdaşlarına təhvil verib. Hazırda yanğın davam edir.