Türk cərrah ABŞ senatına namizədliyini verib

2 Dekabr 2021 01:35 (UTC+04:00)

Mehmet Öz Pensilvaniya ştatından Respublikaçılar Partiyasından Senata namizədliyini irəli sürəcək.

SİA xəbər verir ki, “Washington Examiner”-ə müsahibə verən 61 yaşlı Doktor Öz belə bir qərara nə üçün qəldiyini bu sözlərlər ifadə edib: "Hökumətimizə və bir-birimizə qəzəblənirik. Böhranları keçmiş nəsillər qədər effektiv idarə edə bilməmişik. Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı siyasətlə təbabəti qarışdırdıqda problemin həllindən daha çox siyasətin ön planda olduğunu müşahidə etdim. Bu səbəbdən problemlərin həllinə və sağalmalığa töhfə vermək üçün ABŞ Senatına namizədliyimi irəli sürdüm”.

ABŞ-da Covid-19 səbəbiylə 750 mindən çox insanın həyatını itirdiyini, lakin bu ölümlərin qarşısının almağın mümkün olduğunu ifadə edən Öz, ABŞ epidemiyaya qarşı mübarizədə dünya lideri olmalı idi deyib.