Polis əlil arabasında olan şəxsi güllələyib

2 Dekabr 2021 01:00 (UTC+04:00)

ABŞ-ın Arizona ştatında polis əlil arabasında olan şəxsə 9 güllə vurub.

SİA xəbər verir ki, polisə axşam saatlarında marketdən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis nəfəri oğurluqda şübhəli bilinən şəxsi saxlamağa çalışıb. O isə elektrikli əlil arabasında hadisə yerindən uzaqlaşmağa cəhd edib. Polis onu zərərsizləşdirmək üçün 9 dəfə yaxın məsafədən atəş açıb. Məhdud hərəkət qabiliyyətli şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.