Qəza nəticəsində 2 nəfər xəsarət alıb

2 Dekabr 2021 00:29 (UTC+04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Opel "markalı minik maşını ilə "Niva " markalı avtomobil toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.