ABŞ-dan Taliban hərəkatına çağırış

1 Dekabr 2021 23:37 (UTC+04:00)

SİA-nın ABŞ Dövlət Departamentinə istinad etdiyi xəbərə görə 29-30 noyabr tarixlərində ABŞ nümayəndə heyəti Taliban heyəti ilə Qətərin paytaxtı Dohada görüş keçirib. Danışıqlar zamanı Əfqanıstanda insan haqlarının pozulması halları müzakirə edilib və Talibanın bütün əfqanların hüquqlarını qorumalı olduğu vurğulanıb. İclasda Talibandan Əfqanıstanda inklüziv hökumət formalaşdırmaq üçün lazımlı addımları atması tələb olunub.

Xatırladaq ki, ABŞ əsgərlərini Əfqanıstandan çıxardıqdan sonra Taliban 15 avqustda ölkəyə nəzarəti ələ keçirdi.