Dövlət qurumlarına girişi qadağandır

1 Dekabr 2021 22:34 (UTC+04:00)

Misirdə koronavirusa qarşı peyvənd olunmayan vətəndaşların dövlət idarələrinə girişinə qadağa qüvvəyə minib.

SİA xəbər verir ki, dekabrın 1-dən bu qadağa istisnasız olaraq bütün vətəndaşlara şamil edilir.

Məhdudiyyətlər noyabrın ortalarında qəbul olunmuş və hökumət başçısına əhalinin müdafiəsi üçün tədbirlər görmək hüququ verən epidemiya və pandemiya ilə mübarizə haqqında qanun çərçivəsində tətbiq edilib.

Ölkə prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən ratifikasiya olunan qanun, xüsusən də, yalnız koronavirusa qarşı peyvənd edildikdən sonra dövlət xidmətlərinə çıxış imkanını təmin edir. Peyvənd olunmayanlar üç gün ərzində etibarlı olan PCR testləri keçməlidirlər. Yeni qayda bütün nazirlik və idarələri, dövlət qurumlarını əhatə edir.