Qazaxda 13 yaşlı qız dəm qazından zəhərlənib

1 Dekabr 2021 22:32 (UTC+04:00)

Qazax rayon sakini zəhərlənib.

SİA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü N.Veyisova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 13 yaşlı qızı yaşadığı evdə dəm qazından zəhərlənib.