Ukraynanın Donbass bölgəsində sular yenidən istiləşir. SİA xarici mətbuata istinadən xəbər verir ki, NATO və Ukraynanın ardıcıl bəyanatları dünyanın diqqətini regiona yönəldib. NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda bildirib ki, Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzü ona baha başa gələcək.
Ukrayna prezidenti Zelenski də Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilməyəcəklərini bəyan edib. ABŞ dövlət katibi Blinken verdiyi açıqlamada, “Rusiya Ukraynaya qarşı daha aqressiv hərəkət edərsə, ona ağır bədəl ödəməyə hazırıq”- deyə, bildirib.