Aİ sanksiyalar hazırlayır

1 Dekabr 2021 20:00 (UTC+04:00)

Aİ bu həftə Belarusla sərhəddə miqrantlarla bağlı vəziyyətə görə 17 fiziki və 11 hüquqi şəxsə qarşı sanksiyaları təsdiqləməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Agentliyin informasiyasına görə, Aİ sanksiyalarının Belavia və Suriyanın “Cham Wings Airlines” aviaşirkətinə, Belarus hakimlərinə və sərhəd nəzarəti rəsmilərinə təsir edəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, sanksiyalara məruz qalması planlaşdırılanlar siyahısına Belarusun azot birləşmələri və gübrə istehsalı üzrə “Qrodno Azot” şirkəti və “Belorusneft” neft-kimya şirkəti də daxildir.