Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək

1 Dekabr 2021 18:46 (UTC+04:00)

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə görüşəcək. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib.

O bildirib ki, görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur.