"Ortaq bəyanatın verilməsi əlamətdar hadisədir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

1 Dekabr 2021 18:00 (UTC+04:00)

"Soçidəki üçtərəfli görüş bir sıra məsələlərin müzakirə edilib. Burada ortaq bəyanatın yayılması əlamətdar hadisədir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bir sıra müzakirə predmetləri var: "Lakin Soçi görüşü zamanı olduqca əhəmiyyətli məsələlərin müzakirəsi, delimitasiya və demarkasiya məsələlərinin, eyni zamanda kommunikasiya xətlərinin açılması məsələsinə toxunulması gələcək sülh sazişinə şərait yaradır. Əminəm ki, gələcəkdə sülh sazişinin imzalanması və regionda sülh və əmin-amanlıq şəraitində əməkdaşlıq qurulması mümkün olacaq. Azərbaycan buna nail olacaq".