"Stress bizim gündəlik həyatımızın bir hissəsidir"- PSİXOLOQ ŞƏRH ETDİ

1 Dekabr 2021 17:34 (UTC+04:00)

“Təbii ki, insan psixologiyası böyük məcrada özünü göstərən bir anlamdır. Ümumiyyətlə, bilirik ki, psixologiya özü insanın ruhsal sağlamlığını öyrənən bir elmdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib.

“Çox geniş şaxəni özündə birləşdirən bəlkə də yeganə sahədir ki, burada insan doğrudan da püxtələşmiş və peşəkar bir neçə sahəyə yiyələnmiş formada özünü göstərməlidir. Psixologiya insanların stress anlarıdır, düşdüyü çətin vəziyyətləridir, sarsıntılarıdır, yaxınlarını itirmə qorxusu və itirdikdən sonra yaşadığı pozuntular toplumudur. Bu qorxular insan orqanizmində bir neçə xəstəliklərə gətirib çıxarır. Stress isə bizim gündəlik həyatımızın bir hissəsidir. Hər hansı bir iş yoxdur ki, orada stress olmasın. Stressi yaradan səbəblər var və yaxud da özümüz üçün formalaşdırdığımız bir stress var. Məsələn çox bəsit görünən məsələni biz qloballaşdırıb böyük bir məsələyə çeviririk, təbii ki, bu da bizdə stress yaradır. Bu, o anlama gəlmir ki, bizim qarşımızdakı həmin hadisə və məsələ stress deməkdir. Lakin doğrudan da gerçək həyata söykənəcək stress anları da var, bunun bir neçə pozuntusu da var. Ən ağır stress pozuntusu da var ki, bu da postravmatik stress pozuntusudur ki, bu da müharibə dönəmində və avtoqəzalarda yaşanan pozuntudur. Biz bilirik ki, qazilərimizin əksəriyyətinin əziyyət çəkdiyi postravmatik stress pozuntusu məhz bununla yaşanır. Burada qarşıda duran problem insanın özündə yaratdığı psixoloji immunitet məsələsidir. Xəstəliklərin Beynəlxalq Təsnifatının araşdırmasına görə dörd nəfərdən biri hal-hazırda depressiyadan əziyyət çəkir. Bu qadınlar arasında özünü daha çox göstərir. Məsələn, 100 nəfər göstərici ilə 20 nəfər qadın hesablanır, amma 10 nəfəri isə kişilər arasında görünür. Depressiyanı özündə daha çox yaşadan məhz qadınlar olur. Depressiya üç əsas səbəbdən yaranır:

Əhval-ruhiyyənin kəskin formada aşağı düşməsi;

İnsanın maraq və zövq dairələrinin durmadan aşağı enməsi və sıfırlanması;

Həddindən artıq tez yorulma;

Təbii ki, bunun əlavə somatik səbəbləri də var ki, bunlar yuxusuzluq, iştahasızlıq, özgüvənin itməsi, artıq gələcəyə ümidsizlik məsələsidir.

Psixoloji gərginlik yaşayan, hansısa bir yaxınını doğmasını itirmə qorxusu insanlarda nə zaman yaranır? İnsan doğmasını itirdiyi zaman və bu itkini qəbullanmadığı zaman təbii ki, həmin insanda zaman keçsə də pozuntu yaranır. Əgər mən uşaqlıq dönəmində bir travma almışamsa, bu, mənim gələcəyimə mütləq şəkildə yansıyacaq. Erkən yaşda olan təcavüzə məruz qalmalar, ailədaxili travma və şiddətə məruz qalmalar, erkən nikahların qurbanlarıdır ki, sonradan bütün bu fəsadları yaşadır”.