"Əsas cana bir şey olmasın"

1 Dekabr 2021 17:27 (UTC+04:00)

Məşhur müğənni Sinan Akcılın keçən fevral ayında ikinci dəfə evləndiyi məşhur aktrisa Burcu Kıratlıya aldığı 220 min lirəlik təkdaş üzük evdə yoxa çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Burcu Kıratlı evi alt-üst etsə də tapa bilməyib.

O, son çarə olaraq oğurlandığını düşündüyü üzüyü münəccimindən soruşsa da, nəticəsi olmayıb. Sinan Akçıl “Biz batil inanclara girmişik. Hər kəs öz fikrini bildirdi, amma yox. O getdi, heç nə yoxdur. Mən çox gəzmirəm, amma Burcu üzülür. Əsas cana bir şey olmasın" deyib.

Ayşən Vəli