Bu gün Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək

1 Dekabr 2021 16:10 (UTC+04:00)

Dekabrın 1-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin görüşü keçiriləcək.

SİA bu barədə Rusiyanın TASS agentliyinə istinadən məlumat verir.

Görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq.