Çobanlar ermənilərin əsas məlumat mənbəyidir?..

1 Dekabr 2021 15:07 (UTC+04:00)

Vaxtilə Ermənistan Müdafiə nazirliyi səlahiyyətlisi olan Artsrun Hovannisyan bu idarəni necə “hörmətdən” salıbsa, sonradan gələn çoxsaylı müdafiə nazirləri hələ də bu hörməti geri qayrtara bilməyiblər. Məsələ bundadır ki, bu gün nazirliyin rəsmi ad altında verdiyi bütün açıqlamalara ölkədə qalan ermənilərin heç biri inanmır. Çünki, onlar Ermənistan Müdafiə nazirliyinin Hovannisyandan qurtulsalar da, amma onun yalanlarından hələ də qurtulmadığına inanırlar.

Qeyd edək ki, ötən gün nazirlik Azərbaycan qoşunlarının guya suveren Ermənistanın İşxanasardakı suveren ərazisindən çıxması ilə bağlı yayılan xəbərə münasibət bildirib. Amma sorğuya cavab olaraq, “Armenpress” saytı bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Məsələ bundadır ki, yenə də erməni rəsmi məlumatına görə, guya Azərbaycan hərbi birləşmələri Ermənistanın suveren ərazisinin 41 kvadrat kilometrini “işğal edib”.

Təbii ki, bu qəbuledilməz kimi qəbul edilməlidir. Çünki, həmən “işqal olunmuş” ərazilərə yaxın kəndlərdə yaşayan etmənilər çox qorxurlar. Üstəlik, Azərbaycan əsgərlərinin erməni kəndinə yaxın olması bu ərazidə yaşayanlar üçün problemlər yaradır və hətta onların erməni qonşusuna geib gəlməsinə də maneçilik törədir.

Maraqlıdır ki, Ermənistan Müdafiə nazirliyinin rəsmi açıqlamasına inanmayan İşxanasər kəndinin başçısı, kəndə təşrif buyuran erməni sayt əməkdaçlarının təhriki ilə yerli çobanlardan bir neçəsini təlimatlandıraraq qabaqlarına bir necə qoyun-quzunu salıb Azərbaycan əsgərlərinin mövqe tutduqları istiqamətə “kəşfiyyata” göndəriblər.

Ermənilərin “News.am” saytı “kəşfiyyatdan” sap-sağlam dönən həmən çobanların dediklərini kəndinin başçısının dilindən nöqtə və vergülünə toxunmadan oxucularına çatdırıb: “...Bizim kəndin çobanları tarladan gəlib deyirlər ki, orada heç bir Azərbaycan əskəri yoxdur. İndi orda çox soyuqdur deyə, neçəsinin gedib, neçəsinin qaldığını bilmirlər. Qalanlar da gözə dəymir. Nə hər hansı bir avadanlıq, nə də bir texnika görünmür”.

Deyim ki, erməni çobanlarının “süçaətindən” riqqətə gələn sayt əməkdaşları kənd başçısına gərəkli tövsiyələrini də veriblər.

Məsələn, onların dediyinə görə, “...düşmənin tələbləri nə qədər ultimatum xarakterli səslənsə də, amma buna baxmayaraq, ümidsiz vəziyyətdən də çıxış yolu var. Bunun üçün qərarı qəbul edən şəxs alçaldılmış və məyus insan olmamalıdır. O prinsipial və özünə hörmət edən şəxs olmalıdır”. Nə gözəl!

Belə görünür ki, onlar indi də, prinsipial və özünə hörmət edən erməni axtarışına çıxıblar. Amma deyəsən onların belə bir “prinsipial” erməni axtarışı hələ ki, müsbət həllini tapmayıb. Mən bunu onların sadə çobanın xidmətindən yararlandıqlarını əsas gətirərək deyirəm. Amma..

...Bəzi erməni başbilənləri erməni əsgərlərinə, onların rəhbərlərinə çağırış edib onlara Azərbaycan əskərindən qorxmamağı məsləhət görürlər, çünki onların təbirincə, “...Azərbaycan əsgəri heç bir halda “qəhrəman erməni əsgərləri”ndən daha cəsur və vətənpərvər deyil, sadəcə olaraq onlar bizdən fərqli olaraq, üzərlərinə götürdükləri döyüş tapşırığı və qərargah işlərini daha ləyaqətlə həyata keçirirlər”.

...İnanın ki, bu da erməni etirafıdır.

Ağasəf Babayev