Türk şagirdlərin xərçənglə bağlı hazırladıqları layihə

1 Dekabr 2021 15:04 (UTC+04:00)

Melisa Boz və Lider Efe Yogun adlı lisey şargirdlərimizin hazırladıqları layihə “Global Competition for Life Sciences” (GloCoLis) Müsabiqədə birincilik mükafatını qazandı.

SİA xəbər verir ki, 20-24 noyabr tarixlərində onlayn keçirilən “GloCoLis” 2021 müsabiqəsinə 21 ölkədən 150 müxtəlif layihə qatılıb.

Türkiyəni müsabiqədə “Adana Okyanus Kolleci Elm və Texnologiya Liseyi” şagirdləri Melisa Boz və Lider Efe Yoğun “Xərçəng metabolizmasının əsas fermenti olan Adenozin Deaminazın (ADA) İnhibisyonuna ‘Qara turp, Nar və Sitrus meyvələrinin qabıqlarının Təsirləri” başlıqlı layihə ilə təmsil ediblər. IX sinif şagirdi Lider Efe Yoğun, müsabiqədə birinci olan layihələri ilə əlaqəli açıqlamasında: “Qara turp, nar və sitrus meyvələrinin qabıqlarının xərçəng metabolizmində əsas ferment olan Adenozin deaminazı (ADA) inhibə etməsinə təsirini müəyyən etməyi planlaşdıraraq apardığımız tədqiqat, qara turp, nar və sitrus qabıqlarının tərkib hissələrinin xərçəngli toxumalarda ADA fermentini güclü şəkildə inhibə edərək xərçəngin qarşısını ala biləcəyi, xərçəngli toxumalarda metastazı ləngidə biləcəyi və tibbi müalicəni gücləndirə biləcəyi fikrini doğrub.

10-cu sinif şagirdi Melisa Boz da: “Biz layihəmizi təkmilləşdirməyi hədəfləyirik. İstifadə etdiyimiz ekstraktları xərçəng müalicəsində kimyaterapiya əvəzinə istifadə edə biləcəyimiz təbii peyvənd və ya dərmana çevirmək istəyirik”.