Məşhur sima dəhşətli anlar yaşadı

1 Dekabr 2021 14:28 (UTC+04:00)

Ötən gün başda İstanbul olmaqla bütün ölkədə təsirini göstərən fırtına uçuşlara da təsir edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbula enməyə hazırlaşarkən təyyarəsi Ankaraya yönləndirilən məşhur sima Melek Mosso "Tvitter" hesabından açıqlama verib.

O, “Dəhşətli uçuş keçirdik. İndi təyyarədən düşüb maşınla İstanbula dönəcəyik. Bu gün belə bir uçuşu təkrarlamaq istəməzdim" deyib.

Ayşən Vəli