"Ermənistan mina xəritələrini Azərbaycana verməkdən yayınır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

1 Dekabr 2021 15:22 (UTC+04:00)

“Hərbiçilərin minaya düşməsində əsas səbəb vətəndaşın şəxsi sağlamlığına, həyatına məsuliyyətsiz yanaşmasından qaynaqlanır. Təbii ki, Ermənistan da mina xəritələrini Azərbaycana verməkdən yayınır. Verdiyi xəritələr də kifayət qədər yanlışdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə amma işarələnmiş minanın olduğu və işarələndiyi aşkar görünən bir əraziyə vətəndaşımızın daxil olması özünəqəsdə bərabər addım kimi nəzərdən keçirilməlidir: “Həll yolları da ondan ibarətdir ki, vətəndaşlarımız anlamalıdır ki, əgər ora mina işarəsi qoyulubsa deməli əraziyə girmək olmaz”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Əgər orada çalışan və xidmət edən hərbiçilərə göstərilirsə ki, hansı yolla gedib gəlmək lazımdır o yolla getsinlər. Bir nardan ötrü insan həyatını riskə atmalı deyil”.

Ayşən Vəli