Nursultan Nazarbayev helikopter qəzasına görə İlham Əliyevə başsağlığı verib

1 Dekabr 2021 11:08 (UTC+04:00)

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.