Fransanın Azərbaycandakı səfiri başsağlığı verib - FOTO

1 Dekabr 2021 10:42 (UTC+04:00)

Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Zaxari Qross Xızı rayonunda təlim uçuşları keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqcumuzun həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

SİA xəbər verir ki, səfir bu barədə öz rəsmi "Twitter" hesabında yazıb. "Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda meydana gələn dəhşətli helikopter qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm" - səfir bildirib.