Səfir 14 hərbi qulluqcumuzun həlak olması ilə əlaqədar başsağlığı verib - FOTO

1 Dekabr 2021 10:32 (UTC+04:00)

Böyük Britaniyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Ceyms Şarp Xızı rayonunda təlim uçuşları keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqcumuzun həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

SİA xəbər verir ki, səfir bu barədə öz rəsmi "Twitter" hesabında yazıb. "Helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm"- səfir bildirib.