15 yaşlı uşaq məktəbə silahlı hücum etdi

1 Dekabr 2021 10:25 (UTC+04:00)

ABŞ-ın Miçiqan ştatında orta məktəbə silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumun orta məktəbdə oxuyan 15 yaşlı uşaq tərəfindən törədildiyi ifadə edilib. Hadisə yerində çoxlu sayda polis qrupları işlərini davam etdirirlər.