Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edəcək

1 Dekabr 2021 09:55 (UTC+04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək:

"Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur", - məlumatda qeyd edilir.