Təbii qazın qiyməti yenidən artıb

1 Dekabr 2021 09:38 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA-nın məlumatına görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,50% artaraq 4,59 ABŞ dolları təşkil edib.