ADAU-da növbəti seminar keçirilib

1 Dekabr 2021 05:45 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında bu ilin avqustun 9-da imzalanmış protokola əsasən, beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

SİA xəbər verir ki, növbəti seminar Ege Universitetinin professoru İsmayıl Türkan tərəfindən “Bitki Biyolojisinde Gelişmeler” mövzusunda təşkil olunub.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.