Twitter-in icraçı direktoru istefa verib

1 Dekabr 2021 04:56 (UTC+04:00)

Twitter-in yayımladığı press relizdə bildirilir ki, Dorsinin yerini 2017-ci ildən şirkətin baş texnologiya direktoru vəzifəsində çalışan Paraq Aqraval əvəzləyəcək.

SİA xəbər verir ki,Dorsi yayımladığı açıqlamada: “Qərara gəldim ki, Twitteri tərk edim, çünki şirkətin qurucularından ayrılmağa hazır olduğuna inanıram. Twitter-in CEO-su kimi Paraqa etibarım dərindir. Mən onun bacarığına, ürəyinə və ruhuna görə dərin minnətdaram. İndi onun rəhbərlik etmək vaxtıdır".

Dorsinin istefa qərarından sonra Twitterin səhmləri yüksəlsə də, lakin səhmlərin satışı dayandırılıb.