Avtomobil 76 yaşlı qocanı vurub

1 Dekabr 2021 03:58 (UTC+04:00)

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Bağırov Firudin Tağı oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.