“Norviç Siti” səfərdə “Nyukasl”la qarşılaşıb. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Lids” isə “Kristal Pelas”ı qəbul edib. Meydan sahibləri son dəqiqə qolu ilə bu görüşdən qalib ayrılıblar.

Lider “Çelsi” səfərdə “Uotford”un, “Mançester Siti” “Aston Villa”nın, “Liverpul” isə “Everton”un qonağı olacaq.

“Tottenhem” bu turda “Brentford”u qəbul edəcək. Turun mərkəzi oyununda isə “Mançester Yunayted” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərə Premyer Liqası

14-cü tur

30 noyabr

Nyukasl – Norviç Siti 1:1

Qol: Uilson, 61-pen – Pukki, 79.

Lids – Kristal Pelas 1:0

Qol: Rapinya, 90+3-pen.

1 dekabr

23:30. Sauthempton – Lester Siti

23:30. Uotford – Çelsi

23:30. Vest Hem – Brayton

23:30. Vulverhempton – Bernli

00:15. Aston Villa – Mançester Siti

00:15. Everton – Liverpul

2 dekabr

23:30. Tottenhem – Brentford

00:15. Mançester Yunayted – Arsenal