Avropada "omikron"a 44 yoluxma halı qeydə alınıb

1 Dekabr 2021 02:36 (UTC+04:00)

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) 11 Avropa ölkəsində ən azı 44 koronavirusun "omikron" ştammına yoluxma halı qeydə alıb.

SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, xəstələrdə xəstəlik asemptomatik və yüngül keçir:

"Bu günə kimi xəstəliyin ağır keçirmə və ya ölüm halları müşahidə olunmayıb".

Eyni zamanda, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi daha doqquz ölkədə yeni variantın müəyyən edildiyini xatırladıb.