Bakıda “VAZ”, Hacıqabulda isə “QAZ” avtomobili yanıb

1 Dekabr 2021 02:18 (UTC+04:00)

Bakının Binəqədi rayonunda “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin məlumatına istinad edərək bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hacıqabul rayonunun İkinci Meyniman kəndində isə “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.