Beynəlxalq səyahətlərlə bağlı ÜST-in tövsiyələri

1 Dekabr 2021 01:14 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 60 yaşdan yuxarı insanlara, habelə diabet və ya xərçəng kimi əsas xəstəlikləri olan şəxslərə səyahətdən çəkinməyi tövsiyə edib.

SİA-nın məlumatına görə, bu barədə ÜST Omicron ştamı ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda, həmçinin, ölüm riski olan ağır COVID-19 xəstələrinə də səfərləri təxirə salmaq tövsiyə edilib.