ABŞ-da məktəbli 3 şagirdi güllələyib...

1 Dekabr 2021 01:06 (UTC+04:00)

ABŞ-ın Oksford şəhərində (Miçiqan ştatı) məktəbdə baş verən atışma nəticəsində azı 3 şagird həlak olub.

SİA xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Təəssüf ki, biz üç nəfərin öldüyünü təsdiq edirik. Onların hamısı ehtimal ki, şagirdlərdir”, – deyə hüquq-mühafizə orqanı rəsmisi bildirb.