Türkiyənin iqtisadi artımında rekord

1 Dekabr 2021 00:47 (UTC+04:00)

2021-ci ilin üçüncü rübündə Türkiyənin iqtisadi artımı rekord vurub.

SİA xəbər verir ki, Türkiyə Dövlət Statistika Komitəsi (TÜİK) ilin üçüncü rübü (iyul-sentyabr) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb. Hesabata görə ÜDM proqnozu, zəncirlənmiş həcm indeksi olaraq cari ilin üçüncü rübündə bir əvvəlki ilin müvafiq dövrünə müqayisədə 7,4 faiz artıb.