“Omicron”a görə Cənubi Afrika təcrid edilməməlidir”

1 Dekabr 2021 00:43 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş yeni tip koronavirusun (Covid-19) “Omicron” növü səbəbindən Cənubi Afrika ölkələrinə səyahət məhdudlaşdırmaları gətirilməsinə reaksiya verdi.

SİA xəbər verir ki, Guterres etdiyi şərhdə “Omicron” növü üzündən Cənubi Afrika ölkələrinin təcrid edilməsindən duyduğu dərin narahatlığı dilə gətirərək deyib: “Peyvənd qeyri-kafiliyinin virus variantlarının artma səbəbi olacağı ilə bağlı dəfələrlə xəbərdarlıq etdik.

Afrikada peyvənd qeyri-kafiliyi üzündən peyvəndetmə nisbətlərinin aşağı olmasına görə xalqı məsuliyyət daşımır.

Elmi və sağlıq məlumatlarını təsbit edib dünya ilə paylaşdığı üçün Afrika cəzalandırılmamalıdır.

Cənubi Afrika ölkələrinə səyahət məhdudlaşdırması gətirən ölkələrə səslənərək “Covid-19” testi kimi təsirli tədbirlər görüb səyahət və iqtisadi öhdəliyə icazə verilməsi çağırışı edirəm”.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında 25 noyabrda Ümumdünya Sağlıq Təşkilatı tərəfindən "Omicron" adlandırılan “B. 1.1.529” növünün təsbit edildiyi bildirilmişdi. Aralarında Türkiyənin də olduğu çox sayda ölkə “Omicron”a görə Cənubi Afrikaya səyahət qadağası qərarı verib.