Yaponiya və Aİ arasında yeni razılaşma imzalanıb

1 Dekabr 2021 00:29 (UTC+04:00)

Yaponiya və Avropa İttifaqı (Aİ) “Azad və Açıq Hind-Sakit Okean” yaratmaq üçün birgə işləmək qərarına gəlib.

SİA-nin Yaponiya Xarici İşlər Nazirliyinə istinad etdiyi xəbərə görə Yaponiyanın Baş naziri Kişida Fumio Aİ Şurasının sədri Çarlz Mişel ilə görüşüb. Tərəflər arasında baş tutan telefon danışığı zamanı ikitərəfli və regional proseslər müzakirə edib. İki ölkə “Azad və Açıq Hind-Sakit Okean”ın yaradılması üçün birgə işləmək barədə razılığa gəlib. Kişida Aİ-nin izlədiyi "Hind-Sakit okean strategiyası" üçün Mişele təşəkkür edib.

Bildirilir ki, Kisida və Mişel həmçinin Yaponiya-Aİ iqtisadi tərəfdaşlıq sazişi çərçivəsində kibertəhlükəsizlik, yaşıl texnologiyalar və təchizat zəncirlərinin sabitliyinin gücləndirilməsi mövzusunda razılığa gəlib.