NATO-nun Rusiyadan “eskalasiyanı dayandırmaq” tələbi...

30 Noyabr 2021 23:11 (UTC+04:00)

“NATO rəsmi Moskvanı Ukrayna ilə sərhəddə “eskalasiyanı dayandırmağa” çağırıb”.

SİA xəbər verir ki, bunu NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ilə Riqada keçirilən görüşün birinci gününün yekun iclasında alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Biz Ukraynanın şərq sərhədləri yaxınlığında vəziyyəti müzakirə etdik, Rusiyanın niyyətləri gözlənilməzdir. Biz Rusiyanı şəffaflıq nümayiş etdirməyə çağırırıq", deyə baş katib vurğulayıb.