“Ukraynasız Ukrayna ola bilməz”

30 Noyabr 2021 22:26 (UTC+04:00)

Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Rusiya-Ukrayna gərginliyinin həllində payımızın olmasını istəyərik" şərhinə “Müharibəni sona çatdıracaq hər dostcasına səyi məmnuniyyətlə qarşılayırıq” deyə qarşılıq verdi.

SİA xəbər verir ki, xarici mətbuat nümayəndələri üçün təşkil edilən mətbuat konfransında Rusiya ilə böhrana dair Kulebaya verilən "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranının həllində vasitəçi olmaq istədiyini söylədi. Bu mövzuda nə düşünürsünüz?" sualına o, belə cavab verib: “Türkiyə və Ukraynanın mükəmməl əlaqələri və prezidentlər V.Zelenski ilə R.T.Ərdoğan arasında da yüksək səviyyədə güvən var.

Ukrayna Normandiya formatındakı işlərə bağlı qalmağa davam edir. Ancaq digər dövlətlərdən gələn dostcasına cəhdləri də heç geri çevirmədik. Müharibəni sona çatdıracaq və Ukraynanın torpaqlarını geri almasına yardım edəcək hər səyi məmnuniyyətlə qarşılayırıq.

Ukraynanın tək bir qaydası var: Ukraynasız Ukrayna ilə bağlı hər hansı bir müqavilə ola bilməz. Bu, bizim qırmızı xəttimizdir. Qalan hər şeyi məmnuniyyətlə qarşılamağa və söylədiyim kimi, böhranı sonlandıracaq bütün təşəbbüsləri müzakirə etməyə hazırıq."