“Azadlıq 149” “Şövkət Ələkbərova 35” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

30 Noyabr 2021 17:28 (UTC+04:00)

YAP Səbail rayon təşkilatı “Azadlıq 149” “Şövkət Ələkbərova 35” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.“Hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyəti olduqca qənaətbəxşdir. Onlara fəaliyyətlərində uğurlar arzu edirəm”. Bunu YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Lamiyyə Hacızadə çıxışı zamanı deyib. O, partiya təşkilatlarının fəaliyyətindən də danışıb: “Təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər”.

Çıxışı zamanı 44 günlük Vətən müharibəsinə toxunan L.Hacızadə Azərbaycan Ordusunun şücaətindən də söz açıb.“Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında nə qədər danışsan da, söz, cümlə bitməz. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. İşğalçı Ermənistanın ordusu bu müharibədə tamamilə məhv oldu. Azərbaycan xalqı 30 illik işğaldan qurtulub öz dədə-baba torpaqlarına qovuşdu. Bir sözlə, Qarabağ öz sahibinə qayıtdı”.

Təşkilatın baş-məsləhətçisi yeni seçilmiş sədr və müavinləri təbrik edərək, təşkilatın heyətinə işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. O, həm də YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni struktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat verərək çıxışını tamamlayıb.

Rəfiqə